Əməliyyat olunan Mirkamildən yeni ifa - audio

Əməliyyat olunan Mirkamildən yeni ifa - audio
1996 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mirkamil Kamilov uzun fasilədən sonra yenidən  sənətə qayıdıb.

Axşam.az-ın məlumatına görə, keçirdiyi ağır ürək əməliyyatından sonra həkimlər ifaçıya oxumağı qadağan etmişdilər. 6 ay ərzində sənətdən uzaq qalan Mirkamil hərdən dostlarının istəyi ilə oxuduğunu, ürəyində ağrılar olduğunu bildirmişdi.

Təkrar mikrofon arxasına keçən Mirkamil “Mənə bir az ondan danış” adlı mahnı  oxuyub.

Sənətçinin uzun fasilədən sonra səsləndirdiyi bəstəni təqdim edirik.