Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova işdən çıxıb.
Axşam.az xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Mətbuat katibi öz istəyi ilə işdən getdiyini açıqlayıb:
"Artıq Mədəniyyət Nazirliyi ilə olan iş yollarımız ayrıldı. Bu xəbəri mənim işdən getmək üçün müraciətimə baxıldıqdan sonra sizinlə paylaşmaq istəyirdim. Amma xəbərin emalsız ötürüldüyü dünyada yaşayırıq və məni qabaqladılar. Sizinlə işləmək xoş idi".