Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olacaq

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olacaq
697 dəfə oxunub
  • A-
  • A
  • A+

10 Mart saat 12:00-da Birinci Fəxri Xiyabanda mərhum kinorejissor, senarist, Xalq artisti Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bildirilib ki, Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.