Opera və Balet Teatrı premyeraya hazırlaşır

Opera və Balet Teatrı premyeraya hazırlaşır
483 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletsevərlərə möhtəşəm premyera təqdim olunacaq. Sənət ocağı bu dəfə görkəmli fransız bəstəkarı Adolf Adanın “Korsar” baletini səhnəyə qoyacaq.

Axşam.az xəbər verir ki, bu ahqda Opera və Balet Teatrından bildirilib.

“Dünya balet sənətinin ən populyar əsərlərindən olar "Korsar" baleti gənc yunan qızı Medora ilə korsar Konrad arasındakı məhəbbətdən bəhs edir. Truppanın mövsümün əvvəlindən bəri üzərində çalışdığı səhnə əsərində əsas rolları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa edəcək. Quruluşçu baletmeyster və libretto müəllifi Əməkdar artist Samir Səmədov olan balet dirijor Orxan Həşimov tərəfindən idarə olunacaq. Dekorasiya və kostyum eskizlərinin müəllifi Dmirtri Çerbadjidir”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, səhnə əsərinə baxmaq istəyənlər biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə edə bilərlər.