Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində “Qonağımız var” layihəsi çərçıvəsində Xalq artisti Valeh Kərimovla görüş keçirilib.
Axşam.az xəbər verir ki, yədbirdə ilk olaraq himnimiz səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Valeh Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verilib, rol aldığı filmlərdən videoçarxları nümayiş olunub. Aktyor çıxışında həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollarından bəhs edib.
Görüş zamanı Xalq artistləri İlham Namıq Kamal ,Əli Nur, Əməkdar artist Azad Şükürov çıxış edərək, aktyorun sənətindən və yaratdığı obrazlardan danışıb.