Prodüser Təranə aparıcılıq etdi - video
“Lider" telekanalında yayımlanan “Bu saat” verilişinin növbəti aparıcısı prodüser Təranə Səmədova olub.
Axşam.az-ın məlumatına görə, prodüser efirdə müğənnilərin kliplərini maraqlı formada təqdim edib. O, “Top 10” luqda adlarını çəkdiyi ifaçılardan xalq artisti Səməd Səmədova “papoçkam” deyə müraciət edib.
Verilişin növbəti aparıcısı isə idmançı Ceyhun Vəliyev olub. “Top 10”luqda ilk yerdə müğənni-bəstəkar Emin, sonuncu yerdə isə Zarina Məmmədova qərarlaşıb.
Qeyd edək ki, veriliş həftə içi beş gün, saat 16:00-da efirə çıxır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru isə Rauf Sahiboğludur. "Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.