Türkiyəli müğənni Oğuzhan Koç həyat yoldaşı, aktrisa Demet Özdəmirlə evliliklərində problem yaranması ilə bağlı iddialardan sonra obyektivlərə tuş gəlib.
Axşam.az xəbər verir ki, evlilik üzüyü barmağında olmayan müğənni bununla bağlı suallara əsəbiləşib.
"Üzük taxan biri deyiləm. Heç vaxt da taxmamışam, üzükdən istifadə edən biri deyiləm. Nə vaxtsa özəl həyatımla bağlı danışmışam? Yenə də danışmayacağam" deyə, o, cavab verib.
Qeyd edək ki, Demet və Oğuzhan ötən il nikah masasına əyləşib. İkilinin bir müddət əvvəl ayrıldığı iddia olunmuşdu. Onlar bu səbəbdən cütlük terapiyasına müraciət ediblər.