Aprelin 17-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş musiqili gecə təşkil olunacaq.
Axşam.az "AzərTac"a istinadən xəbər verir ki, musiqili gecədə Muğam Mərkəzinin solistləri Könül Məmmədli, Vəfa Vəzirova, Hüseyn Məlikov, Könül Xəlilzadə, Murad Laçın, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Elnur Zeynalov, Elgiz Əliyev, Ehtiram Hüseynov və başqa solistlərin ifalarında bəstəkarın repertuarından olan musiqilər səsləndiriləcək.