Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində aprelin 10-11-də keçirilməsi planlaşdırılan Teatr forumu təxirə salınıb.
Axşam.az xəbər verir ki, bu haqda Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb teatr rejissoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Azər Paşa Nemətovun vəfatıdır.
"Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda olan forum 11-12 aprel tarixlərinə keçirilib.
