Eduard Bağırov vəfat etdi

Eduard Bağırov vəfat etdi
17159 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanəsilli rusiyalı yazar Eduard Bağırov vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə “Varlamov News” məlumat yayıb. Bildirilib ki, yazar 47 yaşında dünyasını dəyişib. O, son bir həftə ərzində komada olub və bütün orqanları sıradan çıxıb.

Qeyd edək ki, Bağırovun atası azərbaycanlı, anası isə rusdur. O, "Qastarbayter", "Aşiqlər", "İdealist" romanlarının müəllifidir.

2015-ci ildə Bağırov kütləvi iğtişaşların təşkilində və mütəşəkkil cinayətkar qruplaşmada iştirakda ittiham olunduğu Moldovada qiyabi olaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. Bağırov Moldovada qiyabi mühakimə olunub, çünki o, qalmaqallı şəraitdə 2011-ci ilin payızında ev dustaqlığında olduğu ölkədən qaça bilib. Yazar bildirib ki, onu Kişinyovdan Tiraspol vasitəsilə Odessaya avtomobilin yük yerində aparıblar, oradan isə Rusiya pasportu ilə Moskvaya uçub.