Əfsanəvi modelyerin həyatı film olacaq

Əfsanəvi modelyerin həyatı film olacaq
761 dəfə oxunub
  • A-
  • A
  • A+

Əfsanəvi modelyer Dayan fon Furstenberq haqqında sənədli film çəkiləcək.

Axşam.az xəbər verir ki, layihə "Hulu" tərəfindən ekranlaşdırılacaq. Film Pakistan əsilli kanadalı rejissor Şarmin Obaid-Çinoy tərəfindən lentə alınacaq. 

Ekran işinin adı və nə vaxt yayımlanacağı isə hələlik bəlli deyil.

Qeyd edək ki, yəhudi əsilli modelyer 1969-cu ildə Şahzadə Eqon fon Furstenberqlə ailə qursa da 3 il sonra boşanırlar. Onların Tatyana və Aleksandr adlı övladları var. O, 1985-ci ildən Parisdə yaşayır. Dayan ilk əl işlərini 1970-ci ildən təqdim etməyə başlayır. 2006-cı ildə isə nüfuzlu Amerika moda təşkilatı Amerika Moda Dizaynerləri Şurasının prezidenti təyin edilib.