Türkiyəli aktyor Burak Sergen boşanma ərəfəsində olduğu həyat yoldaşı Nihan Ünsaldan şikayətçi olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Ünsalın mütəmadi onu təhqir etdiyini və evinə gələrək narahat etdiyini bildirib. Sergen canının təhlükədə olduğunu deyərək, məhkəmədən qorunma qərarının almasını tələb edib.
Tələbi haqqlı hesab edən hakim Nihanın 1 ay aktyora yaxınlaşmamasına qərar verib. Əks təqdirdə Ünsal 3 gündən 10 günə kimi həbs olunacaq.
Qeyd edək ki, aktyor 4 aylıq evli olduğu həyat yoldaşı xəyanət etdiyi üçün ayrılıq qərarı alıb.