Xəbər veridyimiz kimi, türkiyəli aktrisa Demet Özdemirlə həyat yoldaşı, müğənni Oğuzhan Koç ayrılıq qərarı alıb.
Axşam.az xəbər verir ki, ikilinin rəsmi şəkildə boşanacaqları tarix bəlli olub.
Demetlə Oğuzhanın mayın 8-də Türkiyə saatı ilə 10-da Adalar Ədliyyəsində boşanacağı bildirilib.
Qeyd edək ki, Demet və Oğuzhan ötən il nikah masasına əyləşib.