Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Oğuzhan Koçla həyat yoldaşı, aktrisa Demet Özdəmir boşanır.
Axşam.az xəbər verir ki, ikili məsələ ilə bağlı paylaşım edərək məlumatı təsdiqləyib.
"Evliliyimizin bir müddətdir yolunda getməyib, sonlandırma qərarı almağımız doğrudur. Qarşılıqlı sayqı və razılaşma çərçivəsində aldığımız bu qərarın ailəmiz və böyüklərimizə təsir edəcəyinin fərqindəyik. Onları incitmədən bu prosesi sonlandırmaq istiqamətində əlimizdən gələni edirik" deyə, cütlüyün yayımladığı rəsmi açıqlamada yazılıb.
Qeyd edək ki, Demet və Oğuzhan ötən ilin avqustunda nikah masasına əyləşib. İkilinin bir müddət əvvəl ayrıldığı iddia olunmuşdu. Onlar bu səbəbdən cütlük terapiyasına müraciət ediblər. Ötən günlərdə obyektivlərə tuş gələn müğənninin barmağında evlilik üzüyünün olmaması da diqqət çəkmişdi.

