İlhamə: "İndi abır-həya kimdə qalıb ki?" - video
Tanınmış sənətçilər ölkənin ən reytinqli maqazin verilişi "Onlar"da maraqlı açıqlamalar veriblər.
Axşam.az xəbər verir ki, iyunun 22-də saat 18:45-də ATV telekanalında yayımlanacaq verilişin növbəti buraxılışında xalq artisti İlhamə Quliyevanın qalmaqallı açıqlamaları olacaq.
Xalq artisti Firəngiz Mütəllimova yeni layihələrindən bəhs edəcək.
Müğənni Xatirə İslam ondan yaşca böyük olan sənətçi ilə aralarındakı narazılığa aydınlıq gətirəcək.
Xalq artisti Faiq Ağayevin hansı müğənniyə dəstək olduğunu da “Onlar”da biləcəksiniz.
Müğənni Günay İbrahimlinin başına açılan oyun haqda xəbərdar olacaqsınız.
Bu və digər süjetləri "Onlar"ın bu bazar günü efirə gedəcək buraxılışında izləyə bilərsiniz.
Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan "Onlar"ın yaradıcı heyətinə rejissor və aparıcı Afaq Gəncəli, montajçı Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyev daxildir.