Yeni ailə quran cütlüyün sevgi hekayəsi – video
ATV telekanalında yayımlanan “Şarm” verilişi bu həftə sevgi hekayəsinə həsr olunacaq.
Axşam.az-ın məlumatına görə, “Şarm”ın dəstəyi ilə ailə quran gənclər tamaşaçılarla sevgi hekayələrini bölüşəcəklər.
Həmçinin, qısa və rahat yolla arıqlamağın yeni üsulu ilə də tanış olacaqsınız.
Yayda dəriyə düzgün qulluq üsullarını peşəkarların dilindən öyrənin.
Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Mehdiyeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elçin Elxanlı, prodüseri Sərxan Qədimovdur.
Veriliş hər həftənin şənbə günü, saat 11:00-da efirə çıxır.