Səidə Brilliant haqqında: “Ona salam vermirəm” - video

Səidə Brilliant haqqında: “Ona salam vermirəm” - video
2634 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Səidə Sultan xalq artisti Brilliant Dadaşovanın gənc ifaçılarla münasibətindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Şoubiz+” verilişinə açıqlamasında B.Dadaşovaya salam vermədiyini etiraf edib. O, “şou-biznesdə kiminlə bacı, kiminlə baldızsan. Bəs Brilliant Dadaşova” sualına belə cavab verib:

“Hansısa bir yerə gedəndə, sənət yoldaşımı görəndə mənə üz çevirirsə, eyni cavabı verirəm. Bu cür davranan böyüklər və yaşıdlarım var. Brilliant Dadaşova neçə ildir, sənətdədir. Amma bəziləri var ki, insan olaraq münasibət bəsləmək istəyirsən, lakin görürsən ki...
Bir dəfə salam verdim almadı. Dedim alınmırsa, bundan sonra da verməyəcəm. Mən də ona salam vermirəm. Bu şou aləmində iki hissə var: Floraçılar, İlhaməçilər. Gözəl münasibət yaxşıdır. Özünü dartmaq lazım deyil. "Mənim, sənin" eləmək olmaz”.

Səidə sənətdən uzaqlaşmağından, efirdə gec-gec görünməyindən də danışıb:
 
“Mahnı, klip təqdim etdim, işim bitdi, yox oluram. Nə vaxt istəsəm, qayıdacam. Hər zaman belə edirəm. Başqa məqsədlərim var. Əvvəlcədən planlarımı demirəm, düşərli olmur. Beş il depressiyada olmuşam. Adi iş adamları belə müflisləşəndə depressiyaya düşürlər. Məndə də elə oldu”.