Mətanət və Rəşad qonşularından narazıdır

Mətanət və Rəşad qonşularından narazıdır
4712 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Mətanət İsgəndərli həmkarı Rəşad İlyasovun "Danışır musiqi" verilişinin qonağı olub. 

Axşam.az xəbər verir ki, eyni məhlədə böyüyən və qonşu olduqlarını deyən sənətçilər indiki qonşuluqlardan gileyləniblər. 

"Əvvəlki insanlarda saflıq, təmizlik var idi. Mahnılar da eləydi. Firuzə İbadova, Rəşad İlyasov, Nisə Qasımova, Şamo İsayev qonşu idik" deyə, Mətanət bildirib.

R.İlyasov isə "Anam hər zaman deyirdi ki, biz gor qonşuları idik. İnsanların birliyi var idi. Sonra şəhər evinə köçdük. Oğlum deyir ki, qonşulara "salam" verdim, qəribə qarşıladılar. Deyirəm ki, oğlum, məhəllədə olan qonşuların istiliyi, bir-birinə olan münasibti tamam başqadır. Keşməkeşli dövrdə yaşayırıq. Hamı ehtiyat edir. Öz əlimizdədir, yenə qonşular bir olsa, yaxşı olar" sözlərini əlavə edib.

M.İsgəndərli isə "Bəlkə Bakı kəndlərində belə münasibətlər qalıb. Amma əvvəlki qonşuluqlar yoxdur" cavabını verib.