Nəbahat Çehrədən illər sonra "Aşk-ı memnu" ilə bağlı etiraf

Nəbahat Çehrədən illər sonra "Aşk-ı memnu" ilə bağlı etiraf
2003 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Nəbahat Çehrə illər əvvəl rol aldığı "Aşk-ı memnu" serialı ilə bağlı bəzi detalları açıqlayıb.

Axşam.az xəbər verir ki, aktrisa ekran işində bir neçə səhnənin çəkilməsindən imtina etdiyini vurğulayıb:

"Prinsip olaraq ekran işində öpüşmürəm, eyni yataqda da yatmıram, bu cür qaydalarım var. Bu qərarı alma səbəbim izləyicinin bəlli bir yaşdan sonra səni elə görmək istəməməsidir. 

"Aşk-ı memnu"da mənə cavan obrazı təklif etmişdilər. "Bu işi buraxaram" deyə, etiraz etdim. Bunu edərsəm hekayəniz məhv olar, serialın səviyyəsini aşağı salmayın, dedim. O cür iddialı obraza zərafət verdim. Mənim mütləq kiminləsə bir yerdə olmağımı istəyirsinizsə də o zaman Rahmi Koç (red. - türkiyəli iş adamı) kimi zəngin birini təşkil edin, dedim".