Türkiyəli aktyor Kadir Doğulu ailə həyatı ilə yenidən gündəmə gəlib.
Axşam.az xəbər verir ki, bu dəfə aktyorun qardaşı, saç ustası Kemal Doğulu onu tanımazlıqdan gəlib. Belə ki, Kemal "Kadir üçün nəsə dizayn edəcəksiniz" sualına verdiyi cavabla təəccübləndirib.
"Neslihan geyinə bilər. Kadir kimdir? Bioloji qardaşım olan? Siz nə bilirsinizsə, mən də onu bilirəm" deyə, o, vurğulayıb.
Xatırladaq ki, Kemal sonuncu dəfə "Doya-doya moda" proqramında münsif kimi iştirak edib.
Qeyd edək ki, bir müddət əvvəl Neslihanın həyat yoldaşı Kadir Doğulunun səmimi videoları yayıldığı Sezer Çakırla imam nikahında olduğu, ayrı evdə yaşadıqları və aktrisanın da bundan xəbərdar olduğu iddia edilib. O, haqqında çıxan xəyanət xəbərlərinə münasibət bildirərək, Neslihandan başqa kəbinli həyat yoldaşı olmadığını deyib. Neslihanın isə görüntüləri normal qarşıladığı bildirilib.
Daha sonra aktrisanın restoranların birində Kadirlə dalaşaraq üzüyünü çıxarıb atdığı və məkanı tərk etdiyi deyilib.
Kadir ilə Neslihan 7 ildir evlidir.