Xəbər veridyimiz kimi, "Yalı çapkını" serialının aktyorları Afra Saraçoğlu və Mərt Ramazan Dəmir mövsüm finalının ardından birlikdə tətilə yollanıblar.
Axşam.az xəbər verir ki, cütlük əvvəlcə "Dalaman" hava limanında, daha sonra isə məkanların birində rəqs edərkən gürüntülənib. Cütlüyün bir-birini qucaqlayaraq əyləndiyi bildirilib.
Afra ilə Mərtin yaxın günlərdə münasibətlərini elan edəcəkləri iddia olunub.
Qeyd edək ki, ikili haqqında eşq iddiaları çıxandan sonra aktyor Mert Yazıcıoğlu Afra ilə 4 illik münasibətlərini sonlandırmışdı. Aktyor bundan sonra aktrisa Dilan Çiçek Deniz ilə münasibətə başlayıb.
Bundan əvvəl də bir neçə dəfə Afra ilə Mərtin səmimi görüntüləri yayılıb.
