Uzun müddət maraqla izlənən "Beyaz show"nun yayım vaxtı bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beyazıt Öztürkün aparıcılığını edəcəyi proqram yeni mövsümdə izləyicilərə təqdim olunacaq.
Bununla yanaşı Öztürk yarışma proqramında da aparıcılıq edəcək.
Veriliş "Tv8" kanalında yayımlanacaq.
Qeyd edək ki, 1996-cı ildən yayıma başlayan "Beyaz show" 2018-ci ilədək davam etmişdi.