"Sezercik" anasına görə həbs olunub

"Sezercik" anasına görə həbs olunub
3090 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sezercik" obrazı ilə yaddaşlarda qalan aktyor Sezer İnanoğlu 8 il müddətinə həbs olunub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun 1 həftədir saxta sənət səbəbi ilə həbsxanada olduğu ortaya çıxıb.

Aktyorun anası oğlunun ona görə həbs olunduğunu bildirib:

"Villa satarkən saxta sənət verildi, mənim daha əvvəl polislik işim olmadığı üçün bəraət qazandım. Amma oğlum mənim səhvimə görə həbs olundu, çox məyusam".

Qeyd edək ki, İnanoğlu daha əvvəl silah qaçaqmalçılığı, narkotik maddə və təhdidə görə həbs olunmuşdu.