Türkiyəli aktrisa Ayça Ayşin Turanın daha bir layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktrisa "Yanık ülke" serialında rol alacaq. O, ekran işində aktyor Sərkan Çayoğlunun tərəf müqabili olacaq və "Sevda" obrazını ifa edəcək.
Bundan başqa, aktrisa Qonca Vuslateri Sərkanın canlandıracağı obrazın bacısı "Fikriye"yə həyat verəcək. Lyihə "FOX TV" də yayımlanacaq.
Qeyd edək ki, aktrisa sonuncu dəfə 2022-ci ildə "Netflix"də yayımlanan "Sıcak kafa"da rol almışdı. Qoncanın "İki yabancı" serialında da yer alacağı bildirilib.