Kanadalı məşhur rok ifaçısı Avril Lavin və reper sevgilisi Tayqa ayrılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük nir neçə həftə əvvəl münasibətlərini sonlandırıb. Bu, qarşılıqlı qərar olub.
Reperin bir müddət əvvəl Avrilə hədiyyə etdiyi və dəyəri 80 min dollar olan brilyant boyunbağını da geri istəmədiyi bildirilir.
Qeyd edək ki, cütlük bu ilin martından eşq yaşayırdı.