"Pikenin xəyanətini atam reanimasiyada olarkən öyrəndim"

"Pikenin xəyanətini atam reanimasiyada olarkən öyrəndim"
1356 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Şakira eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikedən ayrılma əsnasında yaşadıqlarını danışıb.

Axşam.az xəbər verir ki, ifaçı Pikenin ona xəyanət etdiyini öyrənəndə xəstəxanada atasının yanında olduğunu bildirib.

"Elə şeylər yaşadım ki... Yuvam dağıldı. Ən ağrılısı da odur ki, Pikenin mənə xəyanət etdiyini atam reanimasiyada olarkən öyrəndim. Yaşadığım ağrılara dözə bilməyəcəyimi düşündüm".

Qeyd edək ki, Şakira Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.

Hazırda Pike ilə sevgili olan Klara Çiananın hamilə olduğu deyilir.