"Titan"ın qalıqları sahilə çıxarıldı - Foto

"Titan"ın qalıqları sahilə çıxarıldı - Foto
5371 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 18-də "Titanik"ə ekspedisiya zamanı qəzaya uğrayan "Titan" batiskafının bəzi qalıqları Kanadanın Sent Cons şəhərinin limanına çıxarılıb.

Axşam.az xəbər verir ki, bu barədə Kanadanın "CBC" nəşri məlumat yayıb.

Dörd min metr dərinlikdə olan qayığın burnu, gövdəsinin və quyruq hissələri okeanın  "Horizon Arctic" ticarət gəmisi tərəfindən sahilə boşaldılıb.

Qeyd edək ki, "Titanik"i görməyə gedənlər britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pakistanlı iş adamı 48 yaşlı Şahzadə Davur və 19 yaşlı oğlu, 1 pilot və 1 bələdçi idi. Hadisənin baş verməsinə səbəb suyun təzyiqindən sualtı qayıqda içəriyə doğru partlayış baş verməsi olub.