İspaniyanın ən məşhur aktrisalarından biri, rəqqasə-müğənni Karmen Sevilla vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 92 sənətçi Madriddəki xəstəxanaların birində dünyasını dəyişib.
Sevilya 2015-ci ildən yaşadığı qocalar evindən vəziyyəti kəskin pisləşdiyi üçün xəstəxanaya köçürülüb. 2009-cu ildə sənətçiyə alzheimer diaqnozu qoyulub.
Qeyd edək ki, aktrisa "O, qaraçı idi", "Ehtiras dəyirmanı", "Don Xuan", "İspan romantikası", "Layiqli Zina", "Çılpaq terapiya", "İngilis dilində striptiz" kimi məşhur filmlərdə rol alıb.