Sevgili olduqlarını təsdiqlədi - "Daha bir macəra başlayır"

Sevgili olduqlarını təsdiqlədi - "Daha bir macəra başlayır"
1915 dəfə oxunub
  • A-
  • A
  • A+

58 yaşlı məşhur aktrisa Monika Belluççi ilk dəfə 64 yaşlı rejissor Tim Burtonla münasibətlərindən danışıb.

Axşam.az xəbər verir ki, aktrisa "Elle France"a mesahibəsində sevgili olduqlarını təsdiqləyib.

"Onunla tanış olduğum üçün şadam. Bu, həyatda nadir hallarda baş verən görüşlərdən biri idi. Onu tanıyıram, sevirəm, hörmət edirəm. Biz münasibətdəyik, daha bir macəra başlayır."

Qeyd edək ki, Monika ilə Timin 2006-cı ildə Kann Film Festivalı zamanı tanış olduğunu, lakin münasibətlərinə ötən ilin oktyabrında Lionda keçirilən Lümyer qardaşları film festivalı zamanı başladığı bildirilib.