Dağlarda itkin düşən aktyorun qalıqları aşkarlandı

Dağlarda itkin düşən aktyorun qalıqları aşkarlandı
1930 dəfə oxunub
  • A-
  • A
  • A+

Kaliforniya dağlarında britaniyalı aktyor Culian Sendsın qalıqları aşkarlanıb.

Axşam.az xəbər verir ki, 5 ay əvvəl dağlara səyahət edən və itkin düşən aktyorun qalıqları axtarış-xilasetmə işləri nəticəsində tapılıb. Hazırda Culianın hansı səbəbdən həlak olduğu araşdırılır.

Qeyd edək ki, o, “Cadugər”, “Əjdaha döyməli qız” və “Las-Veqası tərk edən” kimi filmlərdə rol alıb.