Dünyanın ən kiçik çantası 109 minə satıldı - Foto

Dünyanın ən kiçik çantası 109 minə satıldı - Foto
3542 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən kiçik əl çantası hərracda satılıb.

Axşam.az xəbər verir ki, yalnız mikroskopla görünən çantanın ölçüsü 657x222x700 mikrometrdir. Yəni, dəniz duzu dənəciyindən kiçik və iynə gözündən keçəcək qədər ensizdir.

Flüoresan yaşıl rəngli aksesuar "Louis Vuitton"un "OnTheGo" çantasının tam surəti əsasında "MSCHF" tərəfindən yaradılıb.

Bu çanta orijinal ölçülü olanından daha baha qiymətə, 63 min 750 dollara (təxminən 108 min 504 manat) alıcı tapıb.