Rusiyalı gənc aktyor Dmitri Kondraşov vəfat edib.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, aktyor 25 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü isə açıqlanmayıb.
Qeyd edək ki, “Görüş yolu” serialındakı rolu ilə tanınan Dmitri Kondraşov “Əkin mövsümü”, "Müqəddəs Endryu bayrağı", "Kafedral" kimi ekran işlərində də çəkilib.