79 yaşlı Hollivud ulduzu Robert De Nironun nəvəsi Leonardo vəfat edib.
Axşam.az xəbər verir ki, 19 yaşlı gəncin hansı səbəbdən öldüyü açıqlanmayb.
Qeyd edək ki, Leonardo De Nironun övladlığa götürdüyü qızı, aktrisa Drenanın övladıdır. O, aktyorun birinci həyat yoldaşı, afro-amerikalı aktrisa və müğənni Dianne Abbottun qızıdır. De Niro onu övladlığa götürüb və qızı kimi böyüdür. İkili "Vaq", "Böyük gözləntilər", "Rokki və Bullvinklin macəraları", "Lamarkın son işi" filmlərində birgə rol alıblar.
Onu da qeyd edək ki, aktyorun bu yaxınlarda 7-ci övladı dünyaya gəlib. De Nironun böyük və kiçik uşaqları arasında fərq 51 yaşdır.

