Şakira yalan danışırmış?

Şakira yalan danışırmış?
2853 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Şakira və "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike arasındakı ayrılıqla bağlı qalmaqallı xəbərlər yayılmaqda davam edir.

Axşam.az-ın məlumatına görə, Qərb mediası onlarla bağlı daha bir iddia ortaya atıb. Məlum olub ki, Şakira və Pike ictimai ayrılıqdan əvvəl üç il açıq münasibətdə yaşayıblar.

İddialara görə, onlar ictimaiyyət içində mehriban və ideal cütlük kimi görünsə də, gerçək belə olmayıb. Onlar kənarda istədikləri şəxslə görüşüblər. Buna görə də müğənninin idmançının onu aldatması ilə bağlı çoxsaylı açıqlamaları indi yalan hesab edilir.

Qeyd edək ki, Şakira açıqlamasında "Hər şey bir anda çökdü, ailəm dağılırdı. Mətbuatdan öyrəndim ki, atam reanimasiyada olanda mənə xəyanət ediblər. Uzun müddət davam edəcəyimi düşünmürdüm" sözlərini deyib.