"Titanik"i görməyə gedən "Titan" gəmisi ilə bağlı faciədən iki həftə keçib. Atlantik okeanında baş verən hadisədə vəfat edən 5 nəfərlə bağlı bəzi məqamlar ortaya çıxıb.
Axşam.az xəbər verir ki, "OceanGate"in baş direktoru Stokton Raş öz ixtirasına arxayın olsa da, ekspedisiyanın bütün üzvlərindən öz təhlükə və riskləri ilə dalış etdiklərinə dair bir sənəd imzalamağı istəyib. Bunun qarşılığında onlar eyni zamanda 250 min dollar alıb.
Bundan əlavə, "The New York Times"ın öyrəndiyi kimi, şirkət ekipaj üzvlərinin sərnişinlərlə turist kimi deyil, missiya mütəxəssisi kimi davranmasında təkid edib. Dalışdan əvvəl sualtı qayıqla gəzintiyə gedənlərlə gündə iki dəfə görüşlər keçirilib və təhlükəsizlik qaydaları izah olunub. Əlavə tövsiyələrə papaq taxmaq, isti corablar geyinmək, dalışdan əvvəl kofe içməmək, sevdikləri mahnıların siyahısını toplamaq daxil olunub.
Qeyd edək ki, qayıq iyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxmışdı. Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, Pakistanın ən varlı şəxslərindən olan 48 yaşlı Şahzadə Davud və 19 yaşlı oğlu Süleyman olub.