Əməkdar artistə prezident təqaüdü veriləcək
Mədəniyyət
19:35 / 25.06.14
Prezident İlham Əliyev “Natəvan Şüa qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
Axşam.az xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə Natəvan Şüa qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Qeyd edək ki, Natəvan Seyidzadə (Şeyxova) Azərbaycanın əməkdar artistidir.