İngilis aktyoru Daniel Radklifin "Harri Potter" filmində yaratdığı obrazın geyim və əşyalarının bir qismi satılıb.
Axşam.az xəbər verir ki, söhbət "Harri Potter və sirlər otağı" bölümündə Danielin geyindiyi Qriffindorun məktəbli forması, ağ köynəyi, şalvarı, yun sviteri, qara ayaqqabısı və dairəvi eynəyindən gedir.
Əşyalar ABŞ-də keçirilən auksionda 101 min dollar (təxminən 172 min manat) müqabilində alıcıya tədim olunub. Onların başlanğıc qiyməti 75 min dollar olub.