30 yaşlı bloger binadan yıxılıb öldü

30 yaşlı bloger binadan yıxılıb öldü
3347 dəfə oxunub
  • A-
  • A
  • A+

Enigma kimi tanınan 30 yaşlı bloger Remi Lusidi 68-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkə hesabında hündür göydələnlərə dırmaşma videoları ilə məşhurlaşmışdı.

Növbəti şokedici kadr üçün o, Honq-Konqdakı "Tregunter Tower" kompleksindəki binanın damına çıxmaq qərarına gəlib. Bu isə uğursuz alınıb. O, yerə yıxılaraq, vəfat edib.

Polis hesab edir ki, bloger yüksək hündürlükdə sıxışıb və 220 metr aşağı düşməzdən əvvəl kömək istəyən pəncərəyə çırpılıb. Hadisə yerində onun Enigma kamerası tapılıb.