Konçitadan İstanbula dəstək - video

Konçitadan İstanbula dəstək -  video
3467 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il "Eurovision" müsabiqəsində qalib olan Avstriya təmsilçisi Konçita Vurst İstanbula dəstək olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, müğənni bu gün İstanbulda Taksim meydanında baş tutacaq "Onur yürüyüşü" ilə bağlı maraqlı sözlər deyib. Transseksual ifaçı video paylaşaraq "Hər kəsə xoşbəxt "Onur yürüyüşü" diləyirəm. Sizinlə birlikdə ola bilmədiyim üçün qısqanclıqdan dəli oluram. Təəssüf ki, orada olmağım mümkün deyil. Bu gündən zövq almağa çalışın, dəlilər kimi əylənin. Nə olduğunuzu bilirsiniz. Bizə heç kim mane ola bilməz" sözlərini deyib.

Qeyd edək ki, biseksual, lezbiyan, transseksual mitinqinə dəstək olan hər kəs "Bütün rənglərimiz və sevincimizlə buradayıq, öyrəşin, getmirik!" demək üçün 29 iyunda İstanbula yığışacaq.