Amerikalı müğənni Britni Spirsin birinci həyat yoldaşı Ceyson Aleksandr həbs edilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb isə onun müğənnini izləməsi olub.
Aleksandrın girov qoyub çıxa biləcəyi bəlli olmasa da, onun hazırda Tennessi ştatındakı həbsxanada olduğu bildirilir.
Qeyd edək ki, Ceysona 3 il Britni Spirsə yaxınlaşmaq qadağan edilmişdi.