Hollivudun məşhur aktrisası Riz Uizerspun 11 illik həyat yoldaşı Cim Totdan boşanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün ayrılığına səbəb isə fikir ayrılığı olub.
Onlar 10 yaşlı oğulları Tennessinin qəyyumluğunu bərabər şəkildə bölüşüblər.
Qeyd edək ki, aktrisa 4 ay əvvəl boşanmaq üçün məhkəməyə müraciət etmişdi.