Selena illər sonra ona böyrəyini verən rəfiqəsi ilə görüşdü

Selena illər sonra ona böyrəyini verən rəfiqəsi ilə görüşdü
2155 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Selena Qomez və ona böyrəyini bağışlayan rəfiqəsi Fransia Raisa uzun müddət sonra birlikdə görüntüləniblər.

Axşam.az xəbər vefir ki, rəfiqələrin bir müddətdir görüşməməsi onların küsülü olması haqda defi-qoduların yayılmasına səbəb olub. Bildirilib ki,  Selena böyrəyini ona bağışlayan Fransiyanın nəcib jestini qiymətləndirməyib. Üstəlik, o qədər də məşhur olmayan bir qızı məşhur dostlarına dəyişib.

Söz-söhbətə son qoymaq istəyən Selena rəfiqəsi ilə Los-Ancelesdəki bir restoranda şam yeməyinö yollanıb. Onlar bənzər ayaqqabı ilə diqqət çəkiblər.

Paparatsilər tərəfindən görüntülənən qızlar heç bir sualı cavablandırmadan hadisə yerindən uzaqlaşıblar.