Qalmaqallı platforma indi də Nusretin həyatını ekranlaşdıracaq

Qalmaqallı platforma indi də Nusretin həyatını ekranlaşdıracaq
594 dəfə oxunub
  • A-
  • A
  • A+

Duztökmə hərəkəti ilə dünyada məşhur olan türkiyəli aşpaz Nusret Gökçenin həyatı film olacaq.

Axşam.az xəbər verir ki, layihə "Disney +" yayım platforması tərəfindən ekranlaşdırılacaq.

Ekran işinin amerikalı rejissor tərəfindən çəkilsı də, hələlik Nusreti hansı aktyorun canlandıracağı bəlli deyil. 

Qeyd edək ki, sözügedən platforma daha əvvəl "Atatürk" filimini yayımlamaqdan imtina edib. Belə ki, Amerika Erməni Milli Komitəsi "Disney+"ı serialı ləğv etməyə çağırıb və bu istiqamətdə “#CancelAtatürk” kampaniyasını təşkil edib. Bundan sonra "Disney+" şirkəti sözügedən  serialı öz platformasında yayımlamamaq qərarına gəlib. 8 milyon dollar xərclənən istehsal 2 hissədə təqdim ediləcək. İlk film 29 oktyabrda televiziya xüsusi versiyası ilə FOX ekranlarında, 3 noyabrda isə kinoteatrlarda nümayiş ediləcək. İkinci film dekabrın 22-də kinoteatrlarda nümayiş olunacaq. 2024-cü ilin yayından etibarən hər iki film "FOX TV" ekranlarında efirə gedəcək.

Onu da qeyd edək ki, bu qərardan sonra çox sayda insan "Disney Plus" abunəliyindən imtina edib.