Anna Netrebkonun daha bir konserti ləğv olundu

Anna Netrebkonun daha bir konserti ləğv olundu
1000 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Anna Netrebkonun daha bir konserti ləğv olunub.

Axşam.az xəbər verir ki, söhbət ifaçının Praqada keçirilməsi planlaşdırılan konsertindən gedir.

Qərar siyasi dairələrin mənfi reaksiyası və ölkədəki gərgin atmosferlə əlaqədar alınıb. Tədbir üçün satılan bütün biletlərin pulu isə geri qaytarılacaq.

Qeyd edək ki, bundan əvvəl Netrebkonun Nyu-Yorkdakı Metropoliten-operadakı çıxışı ləğv olunmuş və ona 200 min dollar təzminat ödənmişdi. O, Praqada sonuncu dəfə 2021-ci ilin dekabrında çıxış edib.

Onu da əlavə edək ki, A.Netrebko Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun həyat yoldaşıdır.