Elçin Hüseynov aparıcılıq etdi – video

Elçin Hüseynov aparıcılıq etdi – video
1353 dəfə oxunub
  • A-
  • A
  • A+
“Lider” kanalında yayımlanan “Bu saat” verilişinin budəfəki aparıcısı müğənni Elçin Hüseynov olub.

Axşam.az-ın məlumatına görə, sənətçi proqramda özünü operator kimi də sınayıb. “Top 10” rubrikasında həmkarlarının kliplərini təqdim edən E.Hüseynov onlarla bağlı fikirlərini bildirib. Bu həftə “Top 10”na müğənni Samir Piriyevin “Ayıl ürəyim” adlı mahnısına çəkdirdiyi yeni klipi daxil olub. Bundan başqa, E.Hüseynov özünün "Yalanın adı” ekran işini “Top 10”luğa təqdim edib.

Qeyd edək ki, veriliş həftə içi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. "Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.