İnstaqram istifadəçilərə şəkilləri redaktə etməyə imkan verən süni intellektlə işləyən bir sıra generativ alətləri işə salacaq.
Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi, "Meta" şirkətinin sahibi öz konfransında bildirib.
İstifadəçilər tətbiqinin içərisində süni intellektdən istifadə edərək xüsusilə şəkil üslubunu "akvarel" və ya "jurnalın üz qabığı" kimi dəyişə biləcəklər.
Alət həmçinin mətn sorğusu əsasında şəklin fonunu dəyişməyə imkan verəcək.