Türkiyəli fenomen Şeyma Subaşı misirli həyat yoldaşı Mohammed Alsaloussidən boşanıb.
Axşam.az xəbər verir ki, bu haqda "Muhabironline" məlumat yayıb. Bildirilib ki, ikili bu gün səhər saatların Beykoz ədliyyəsində səssiz-sədasız boşanıb.
Qeyd edək ki, Şeyma və Mohammed mayda ailə qurub. Onlar üç gün, üç gecə toy etmişdi. İkili məhkəməyə təqdim etdikləri sənədlərdə aralarında sevgi bağının olmadığını və bir-birilərindən təzminat tələb etmədiklərini vurğulayıblar.
Fenomenin keçmiş həyat yoldaşı Acun Ilıcalı isə Şeymaya dəstək olacağını bildirib.