Aygünün İstanbulda gecə gəzintisi – video
Xalq artisti Aygün Kazımova bir müddətdir ki, Türkiyədədir.
Axşam.az-ın məlumatına görə, müğənni İstanbulda gecə gəzintisinə çıxıb. Əvvəlcə attraksiona minən sənətçi, daha sonra dondurma almağa yollanıb. O, gecə gəzintisindən olan videonu İnstaqram səhifəsində paylaşıb.
Qeyd edək ki, A.Kazımova yeni layihəsi ilə bağlı bir müddət İstanbulda qalacaq. O, “Təsadüf” adlı mahnısını sinql şəklində çıxaracaq və ona klip çəkdirəcək.