Elnarə polislə qalmaqalından danışdı: "Piar kampaniyadır" - video

Elnarə polislə qalmaqalından danışdı: "Piar kampaniyadır" - video
2317 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova qalmaqala səbəb olan avtomobilindən danışıb.

Axşam.az Azxeber.com-a istinadən xəbər verir ki, sənətçi ATV-də yayımlanan verilişdə avtomobili haqda danışıb. O deyib ki, avtomobili cərimə meydançasından çıxarılıb və adını avtomobilin dövlət nişanı yerinə fanatları vurub:

"Maşın məndədir və heç bir problem yoxdur. Sadəcə bir az səbr edin, ora adımı mən yazmamışdım, fanatlarım yazmışdı. Yaxşı bir PR kampaniyasına başlamışıq. Səbr edin, səbəbini biləcəksiniz".

Xatırladaq ki, bir neçə gün öncə yayılan xəbərə görə, yol polisi Elnarənin avtomobilini yol verdiyi qanun pozuntusuna görə saxlayaraq "cərimə meydançası"na aparıb.

Onun idarə etdiyi "Jeep Wrangler" markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa aparılıb.

Belə ki, paytaxtda quraşdırılmış müşahidə kameralarının yaddaşına həkk olunmuş görüntülərdən də görünürdü ki, müğəninin paytaxtın küçələrində idarə etdiyi avtomobilin ön hissəsindəki dövlət nömrə nişanın yerinə kustar üsulla hazırlanmış, qeyri-standart və üzərində müğənninin adı yazılmış lövhə yapışdırılıb.

Elnarənin son açıqlaması isə onu göstərir ki, bu müğənnin PR kampaniyasıdır və avtomobillə bağlı heç bir problem yaşanmayıb.