Prezidentin oğlu dava etdi - video
Kolumbiya - Braziliya oyunu qalmaqallı olaylara səbəb olub.
Axşam.az teleqraf.com-a istinadən xəbər verir ki, oyunun nəticəsi bəlli olduqdan sonra azarkeşlər arasında dava düşüb. Hətta bu davaya Kolumbiya dövlət başçısı Martin Santosun oğlu da qarışıb. Əsəblərinə hakim ola bilməyən prezidentin oğlu Braziliya tərəfdarı ilə əlbəyaxa dava edib. Həmin anlar isə jurnalistlər tərəfindən görüntülənib.
Qeyd edək ki, Braziliya Kolumbiyanı 2-1 hesabıyla məğlub edərək yarımfinala çıxıb.